
Bir duyğudur calxalayır hey meni,
Kaş göycaya qarabağa köçərdim
Yurdumuza capər cəkib ermeni,
cəpəri zəmi kimi bicardim,
Məskan salıb qarabağın özündə,
Kəzişərdim dərəsində düzündə,
Kəlbəcərdə isti suyun gözündə,
Özüm ücün yaylaq yeri secərdim,
Ta düşməzdi elim qara bürkiyə
Dostlaşardı İran İraq Türkiyə,
Ara vuran yara vuran tülkiyə,
Ərzurumdan urmuyaya kecardim,
Bir qalardı aramızda xan araz,
Zurufcunun nəğməsinda xoş avaz,
Ala bilsəm zəmzəm sudan dəstəmaz,
Araz çayın bir qurtuma içərdim.
Mən sənin yuxuna gələ bilmirəm
Sevgilim mən sənə vəfasız deməm,
Bilirəm sən məni hələ sevirsən.
Gündüzlər gözümə görünməsən də
Gecələr yuxuma tez-tez gəlirsən.
Bilirəm bir evin kor ocağısan,
Koranə alınan kor, kora baxmaz.
Neçə yol söylədim qız uşağısan
Qızlar gecə vaxtı bayıra çıxmaz.
Sən belə edirsən çox utanıram,
Məndə sənin qədər yoxmuş etibar.
Səni öz sevginə sadiq sanıram
Haqqını itirsəm haqq məni tutar.
Başqa bir ocağın qoru olsan da,
Yenə sən itirib,sən arıyırsan.
Sən mənim özümə yarımasanda,
Gecələr yuxuma çox yarıyırsan.
Səni perik salan məni göynədən,
Sevginin gücünü hələ bilmirəm.
Bilmirəm sevgilim, bilmirəm nədən
Mən sənin yuxuna gələ bilmirəm.
25/7-2008
Muallif Firudin Sahbuzlu