Naxçıvan, 2009
16 may tarixində Naxçıvan şəhərində anadan olmuşdur.
H. Cavid adına 5 saylı orta məktəbi bitirmişdir.
Peşə məktəbini oxuyaraq kino mexaniki kursunu bitirmişdir.
Şəhər kinoteatrında kinomexanik vəzifəsində işləmişdir.
Hərbi xidmətdə qulluq etmişdir.
Kənd Təsərüffatı Texnikumunu oxuyaraq "Aqronom-aqrokimyaçı" ixtisasını almışdır.
Moskva Xalq İncəsənət Universitetini qiyabi oxuyaraq "Dəzgah rəssamı və qrafika ustası" ixtisasını almışdır.
Akademik Y.Məmmədəliyev adına Naxçıvan Dövlət Pedoqoji İnstitutunda "Təbiət-coğrafiya müəllimi" ixtisası almışdır.
Naxçıvan MR Mədəniyyət Nazirliyinin Elmi-Metodik Mərkəzində işləmişdir.
Naxçıvan şəhər 3 saylı məktəbdə müəllim işləmişdir.
Estetik Tərbiyə Mərkəzində Şöbə müdiri vəzifəsində işləmişdir.
Naxçıvan MR Mədəniyyət Nazirliyinin Elmi-Metodik Mərkəzində Şöbə müdiri vəzifəsində çalışmışdır.
19 dekabr tarixində Naxçıvan şəhərində vəfat etmişdir. Allah rəhmət eləsin.
Feyruz Bağırov muxtar respublikanın ərazilərində olan bir sıra tarixi abidələrlə bağlı axtarışları, tariximizə əsl vətəndaş mövqeyindən yanaşması diqqəti çəkir. Xüsusilə də onun müqəddəslik simvolu olan ziyarətgahların qorunub saxlanması və təbliğ olunması ilə bağlı dövrü mətbuatda araşdırmaları səciyyəvidir.
“F.B. (Feyruz Bağırov) film” adı ilə həvəskar kino studiyası 1963-cü ildə yaradılaraq və şəxsi həyətimizin şimal-şərq tərəfində (bazar çayının kənarında) “İVS-1” adlı kino klubunu tikib istifadə etdik. On ildən sonra həmin kino klubdan təsərrüfat binası kimi istifadə olunsa da sonradan üstü sökülərək və yerində elektrik su nasosu qoyuldu. Buna da səbəb o olmuşdur ki, (aşağı dəyirman söküldüyü üçün) həyətin ortasından keçən arxa su gəlmirdi. (ətraflı bax: Feyruz Bağırov, “Xatırlanan ömür” kitabı)
1963-cü ildən çəkilmiş filmlərim, hərbi qulluğa gedəndən sonra laqeydlikdən lentin perforasiya cığırı (dəliklər) yararsız hala düşmüşdür. Sonrakı illərdə baxmaq üçün kimlərə isə verilmiş bir neçə filmlər geri qaytarılmamışdır. Həmin filmlərdən yalnız ikisi “Naxçıvan ədəbiyyat muzeyi” adlı 10 dəqiqəlik ağ-qara təsvirdə olan film Ədəbiyyat Muzeyinə (direktoru İ. Əsədullayev) və ikincisi isə “Balbas qoyunçuluğu” adlı elmi sənədli tədris film isə, Kənd Təsərrüfatı Texnikumuna (direktor C. Bağırov) hədiyyə verilmişdir.
1970-ci ildə çəkilmiş “Uşaq texniki dərnəkləri” adlı 20 dəqiqəlik tədris filmi isə Gənc Texniklər Stansiyasına (direktoru Ə. Nəzərov) o vaxtkı Naxçıvan MSSR Xalq Maarifi Nazirliyi işçilərinə (nazir müavini Ə. Hüseynov) göstərmək üçün, “Kino həvəskarı” dərnəyində qalmışdır. Şəxsi arxivdə olmayan 8 mm-lik filmlərin adlı siyahısı aşağıdakılardır: